Bu il Energetika Nazirliyinin 4 xidməti elektronlaşıb

Bu il Energetika Nazirliyinin 4 xidməti elektronlaşıb Bakı. 27 dekabr. REPORT.AZ/ Bu il Energetika Nazirliyinin mövcud “Elektron xidmətlər” (www.e-xidmet.minenergy.gov.az) portalı yenidən işlənərək istifadəyə verilib. Bu dövrdə nazirlik tərəfindən həyata keçirilən 4 xidmət tam elektronlaşıb və nazirliyin “Elektron xidmətlər” portalında yerləşdirilib.
Energetika
27 Dekabr , 2018 09:58
Bu il Energetika Nazirliyinin 4 xidməti elektronlaşıb
0 : 00
0 : 00

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu il Energetika Nazirliyinin mövcud “Elektron xidmətlər” (www.e-xidmet.minenergy.gov.az) portalı yenidən işlənərək istifadəyə verilib. Bu dövrdə nazirlik tərəfindən həyata keçirilən 4 xidmət tam elektronlaşıb və nazirliyin “Elektron xidmətlər” portalında yerləşdirilib. 

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bura "İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri daxildir.

“Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi” və “Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi” xidmətlərindən istifadə etməklə tətbiq edilən cərimələrin ödənilməsi üçün www.asanpay.az portalına keçid verilib.

Hesabat dövründə Energetika Nazirliyi tərəfindən verilən 11 icazə “Dövlət xidmətləri” portalına (www.dxr.az) daxil edilib. Bununla da nazirlik tərəfindən verilən bütün icazələrin (17 icazə) “Dövlət xidmətləri” portalında yerləşdirilməsi təmin edilib. “İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi”, “Qazın istehsalına və təbii qazın emalına icazə”, “Sənaye qaz qurğusunun istismarına icazə”, “Neft və neft məhsullarının emalına icazə”, “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi” xidmətlərindən nazirliyin “Elektron xidmətlər” portalına keçid verilib.

Son xəbərlər

Orphus sistemi