Azərbaycan iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların 76%-dən çoxu neft-qaz sektorunun payına düşür

Azərbaycan iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların 76%-dən çoxu neft-qaz sektorunun payına düşür
Energetika
29 Mart , 2019 19:37
Azərbaycan iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların 76%-dən çoxu neft-qaz sektorunun payına düşür

2018-ci ildə Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,1 mlrd. dollar təşkil edib. 

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 76,5% təşkil edib.

2018-ci ildə tədiyyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (952,9 mln. dollar) artımı cəlb olunmuş investisiya ilə (4109,1 mln. dollar) kapitalın repatriasiyası (3156,2 mln. dollar) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 967,1 mln. dollar olub.

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 145,9 mln. dollar artıb, xalis maliyyə öhdəlikləri isə 63,2 mln. dollar azalıb. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri dövlət təminatlı kreditlər hesabına artıb, neft-qaz sektorunun kreditləri, birbaşa dövlət kreditləri, firmaların və digər müəssisələrin kreditləri və bankların kreditləri hesabına isə azalıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 863,3 mln. dollar, xalis maliyyə öhdəlikləri isə 107,1 mln. azalıb.

Qeyd edək ki, tədiyyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 69,6 dollar (2017-ci ildə 52,4 dollar) olub.

Son xəbərlər