2018-ci il üzrə AÇG-də gündəlik hasilat 581 min barel olacaq

2018-ci il üzrə AÇG-də gündəlik hasilat 581 min barel olacaq Bakı. 30 noyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 2018-ci il üzrə orta gündəlik hasilatın 581 min barel olacağı gözlənilir.
Energetika
30 Noyabr , 2018 17:53
2018-ci il üzrə AÇG-də gündəlik hasilat 581 min barel olacaq

Bakı. 30 noyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 2018-ci il üzrə orta gündəlik hasilatın 581 min barel olacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.

O həmçinin qeyd edib ki, AÇG-nin gələn il üzrə iş planı və büdcəsi ilə bağlı Hasilatın Pay Bölgüsü sazişi üzrə rəhbər komitənin (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti - ABƏŞ) iclası keçirilib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında AÇG yataqlar blokundan gündə orta hesabla 588 min barel və ya ümumilikdə, təqribən, 161 mln. barel, yəni 22 mln. ton neft hasil olunub.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci ilin sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Layihədə pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Son xəbərlər

Orphus sistemi