Azərbaycan geotermal enerji əsasında elektrik istehsalında Meksikaya əməkdaşlıq təklif edir

Azərbaycan geotermal enerji əsasında elektrik istehsalında Meksikaya əməkdaşlıq təklif edir Səfir: "Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi 2 mln. dollar təşkil edir və Meksika bu göstəricini artırmaqda maraqlıdır"
Energetika
8 İyul , 2015 16:39
Azərbaycan geotermal enerji əsasında elektrik istehsalında Meksikaya əməkdaşlıq təklif edir

Bakı. 8 iyul. REPORT.AZ/ Energetika naziri Natiq Əliyev hazırda geotermal enerji əsasında elektrik istehsalının həcminə görə dünyada ön sıralarda qərarlaşan Meksikanı bu istiqamətdə Azərbaycanla əməkdaşlığa çağırıb.

"Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazir bu fikirləri Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardinini qəbul edərkən səsləndirib. Nazir deyib ki, enerji sahəsində əməkdaşlıq iki ölkənin yaxınlaşmasına və əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər: "Meksika kimi Azərbaycan da dənizin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatı və hasilatı sahəsində böyük təcrübəyə malikdir".

N.Əliyev bu baxımdan, texnologiya sahəsində də təcrübə mübadiləsinin vacibliyinə toxunaraq eyni zamanda alternativ enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

İki ölkə arasında iqtisadi əməkdaşlığın ilkin mərhələdə olduğunu deyən Meksikanın Azərbaycandakı səfiri X.R.Labardini isə bildirib ki, hazırda ölkələr arasında ticarət dövriyyəsinin həcmi təxminən 2 mln. dollar təşkil edir: "Lakin Meksika bu göstəricini artırmaqda maraqlıdır. Burada da enerji əməkdaşlığı mühüm rol oynaya bilər".

Görüşdə, həmçinin enerji əməkdaşlığının yaradılması üçün memorandum formatında hüquqi bazanın formalaşdırılmasının vacibliyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi