11 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib

11 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib Aşkar olunmuş çatışmazlıq səbəbindən 4 tikinti obyektinin elektrik qurğusunun layihə sənədinin razılaşdırılmasından imtina olunub.
Energetika
414
4 Sentyabr , 2020 14:56
11 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib

Bu ilin avqust ayında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik enerjisi təchizatı sahəsində yeni, yaxud yenidən qurulan, həmçinin, enerji təchizat sxemini dəyişən 11 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verib, eyni zamanda,  elektrik enerjisi ilə təmin edilməsi üçün 20 tikinti obyektinin elektrik qurğusunun layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, aşkar olunmuş çatışmazlıq səbəbindən 4 tikinti obyektinin elektrik qurğusunun layihə sənədinin razılaşdırılmasından imtina olunub.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, 34 təbii qaz istehlakçısının təqdim etdiyi razılaşdırılmış layihəyə uyğun olaraq tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. 261 tikinti obyektinin qaz təchizatı üçün hazırlanmış layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb. Aşkar olunmuş çatışmazlıq səbəbindən 8 tikinti obyektinin qaz qurğusunun layihə sənədinin razılaşdırılmasından imtina olunub.

Hesabat dövrü ərzində “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmaqla texniki sənədləşdirmə aparılmadan qazpaylayıcı şəbəkəyə 1 qeyri-qanuni qoşulma faktı aşkar edilib, bununla bağlı qazpaylayıcısına müvafiq göstəriş verilib.

İnzibatı Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin filialları ay ərzində ümumilikdə 18 inzibati xəta haqqında protokol tərtib edib.

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 2 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğacların kompüterlə oxunması həyata keçirilib.

Bu dövr ərzində istehlakçıların müraciəti əsasında 6 müəssisədə 23 nəfər olmaqla, elektrik təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə Agentlik tərəfindən ödənişsiz olaraq təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

Orphus sistemi