Top

​Britaniya parlamentinin deputatı güllələnib

Həkimlər iki uşaq anası olan 41 yaşlı Koksun vəziyyətini ağır kimi qiymətləndiriblər

Bakı. 16 iyun. REPORT.AZ/ Britaniya parlamentinin Aşağı Palatasının Leyboristlər Partiyasından olna deputatı Helen Coan Koks bıçaqlanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında Qərbi Yorkşir qraflığının Birstall şəhərində baş verib.

Şahidlər bildirib ki, 41 yaşlı deputata həm də odlu silahdan atəş açılıb. Deputat ağır yaralanıb.

Xəbərə əsasən, həkimlər iki uşaq anası olan 41 yaşlı Koksun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Hüquq-muhafizə orqanları hadisəylə bağlı əlavə açıqlama verməyib.

Faktla bağlı araşdırma aparılır.

If you find out orphographic mistake in the text, please select mistaken part of the text and press Ctrl + Enter.

Last added

All news


Orphus sistemi