Yuxarı

Zoologiya İnstitutu ilə Tümen Dövlət Universiteti arasında Elmi-Tədqiqat Mərkəzi yaradılacaq

Mərkəz fundamental və eksperimental zoologiya üzrə birgə və çoxtərəfli beynəlxalq layihələr hazırlayacaq

Bakı. 18 avqust. REPORT.AZ/ AMEA-nın Zoologiya İnstitutu ilə Tümen Dövlət Universiteti (Rusiya Federasiyası) arasında təhsil, elmi-texniki fəaliyyət və müştərək elmi tədqiqatlar üzrə Elmi-Tədqiqat Mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalanıb.

Bu barədə "Report"a İnstitutun İnformasiya və innovasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, yaradılacaq Elmi-Tədqiqat Mərkəzi fundamental və eksperimental zoologiya üzrə birgə və çoxtərəfli beynəlxalq layihələrin hazırlanması və icrası, sahə-tədqiqat qruplarının yaradılması və birgə elmi-tədqiqat işlərinin aparılması, faunistika üzrə beynəlxalq ekspedisiyaların həyata keçirilməsi, hər iki təşkilatın zooloji muzeyləri arasında kolleksiya mübadiləsi, müxtəlif elmi əsərlərin nəşri, beynəlxalq elmi konfransların keçirilməsi, kitabxanalar arasında elmi ədəbiyyat mübadiləsi, birgə mühazirələr, elmi seminarların təşkili, mütəxəssislərin təcrübə mübadiləsi və s. işləri yerinə yetirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi