Zoologiya İnstitutu ilə Tümen Dövlət Universiteti arasında Elmi-Tədqiqat Mərkəzi yaradılacaq

Zoologiya İnstitutu ilə Tümen Dövlət Universiteti arasında Elmi-Tədqiqat Mərkəzi yaradılacaq Mərkəz fundamental və eksperimental zoologiya üzrə birgə və çoxtərəfli beynəlxalq layihələr hazırlayacaq
Elm və təhsil
18 Avqust , 2016 20:03
Zoologiya İnstitutu ilə Tümen Dövlət Universiteti arasında Elmi-Tədqiqat Mərkəzi yaradılacaq

Bakı. 18 avqust. REPORT.AZ/ AMEA-nın Zoologiya İnstitutu ilə Tümen Dövlət Universiteti (Rusiya Federasiyası) arasında təhsil, elmi-texniki fəaliyyət və müştərək elmi tədqiqatlar üzrə Elmi-Tədqiqat Mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalanıb.

Bu barədə "Report"a İnstitutun İnformasiya və innovasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, yaradılacaq Elmi-Tədqiqat Mərkəzi fundamental və eksperimental zoologiya üzrə birgə və çoxtərəfli beynəlxalq layihələrin hazırlanması və icrası, sahə-tədqiqat qruplarının yaradılması və birgə elmi-tədqiqat işlərinin aparılması, faunistika üzrə beynəlxalq ekspedisiyaların həyata keçirilməsi, hər iki təşkilatın zooloji muzeyləri arasında kolleksiya mübadiləsi, müxtəlif elmi əsərlərin nəşri, beynəlxalq elmi konfransların keçirilməsi, kitabxanalar arasında elmi ədəbiyyat mübadiləsi, birgə mühazirələr, elmi seminarların təşkili, mütəxəssislərin təcrübə mübadiləsi və s. işləri yerinə yetirəcək.

Son xəbərlər

Orphus sistemi