Yuxarı

Xoşbəxt Yusifzadə: “SOCAR bundan sonra da ölkədə elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılmasına öz töhfəsini verəcək”

“Bütün nailiyyətlərin kökündə elm durur”

Bakı. 29 aprel. REPORT.AZ/ “Bütün nailiyyətlərin kökündə elm durur. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə səylərimiz öz bəhrəsini verməkdədir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

O qeyd edib ki, Dövlət Neft Şirkəti AMEA və institutları ilə müxtəlif sahələrdə birgə çalışıblar.

X.Yusifzadə xatırladıb ki, son 5 ildə SOCAR-da 44 elmi-tədqiqat işləri görülüb: “SOCAR bundan sonra da ölkədə elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılmasına öz töhfəsini verəcək. 2009-2015-ci illərdə Elmin İnkişafı üzrə Milli Strategiya planına əsasən, bir çox uğurla nail olunub. Düşünürəm ki, gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi