Yuxarı
    Bağlamaq

    XİN-in dövlət katibi: "Fransa Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində çalışır"

    Jan-Batist Lömuan: Fransa bu prosesin aparılmasına daim diqqətlə yanaşır

    Bakı. 15 sentybra. REPORT.AZ/ "Bu gün səhər Prezident İlham Əliyevlə görüşdüm. Görüşdə bildirdim ki, Fransa həmsədr ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində çalışır. Biz bununla öz vasitəçi missiyamızı yerinə yetirməyə çalışırıq".

    "Report" xəbər verir ki, bunu Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, bununla bağlı Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskonti ilə daimi əlaqə saxlayırlar: "Bildiyimiz kimi səfir Viskonti Fransanın ATƏT-in Minsk qrupunda təmsil olunur. Həmsədrlə öz işlərini lazımınca yerinə yetirirlər. Hazırda bu işlər gedir. Bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub. Ola bilsin ki, gələcəkdə daha yüksək səviyyədə görüş baş tutsun. Fransa bu prosesin aparılmasına daim diqqətlə yanaşır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi