XİN-in dövlət katibi: "Fransa Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində çalışır"

XİN-in dövlət katibi: "Fransa Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində çalışır" Jan-Batist Lömuan: "Fransa bu prosesin aparılmasına daim diqqətlə yanaşır"
Elm və təhsil
15 Sentyabr , 2017 16:04
XİN-in dövlət katibi: Fransa Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində çalışır

Bakı. 15 sentybra. REPORT.AZ/ "Bu gün səhər Prezident İlham Əliyevlə görüşdüm. Görüşdə bildirdim ki, Fransa həmsədr ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində çalışır. Biz bununla öz vasitəçi missiyamızı yerinə yetirməyə çalışırıq".

"Report" xəbər verir ki, bunu Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskonti ilə daimi əlaqə saxlayırlar: "Bildiyimiz kimi səfir Viskonti Fransanın ATƏT-in Minsk qrupunda təmsil olunur. Həmsədrlə öz işlərini lazımınca yerinə yetirirlər. Hazırda bu işlər gedir. Bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub. Ola bilsin ki, gələcəkdə daha yüksək səviyyədə görüş baş tutsun. Fransa bu prosesin aparılmasına daim diqqətlə yanaşır".

Son xəbərlər

Orphus sistemi