Yuxarı
    Bağlamaq

    Universiteti bitirəndən sonra diplom ala bilməyənlər TQDK sədrinə şikayət edib

    Məleykə Abbaszadə bu gün Zərdab şəhərində vətəndaşlarla görüş keçirib

    Bakı. 30 yanvar. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün Zərdab şəhərində vətəndaşlarla görüş keçirib.

    Komissiyadan "Report"a verilən xəbərə görə, qəbulda Zərdab rayonunun sakinləri ilə yanaşı, Ağcabədi, Ağdam, Füzuli və İmişli rayon sakinləri də iştirak ediblər.

    Görüş zamanı vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi, əlavə təhsil, 2015-ci ildə TQDK tərəfindən keçiriləcək imtahanlarla bağlı, eləcə də bəzi ali təhsil müəssisələrini bitirmələrinə baxmayaraq, diplomun alınmasında qarşılaşdıqları çətinliklər və digər məsələlərlə bağlı müraciətlər ediblər.

    TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin yaxın vaxtlarda öz həllini tapacağı, Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara ünvanlanacağı qəbula gələn vətəndaşların diqqətinə çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi