UNEC-in müəllimlərinin maaşı artırılıb

UNEC-in müəllimlərinin maaşı artırılıb Bakı. 18 sentyabr. REPORT.AZ/ UNEC Elmi Şurasının iclası zamanı 2018-2019-cu tədris ili üçün “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əməkhaqqı sistemi haqqında qaydalar”a dəyişikliklər təsdiqlənib.
Elm və təhsil
18 Sentyabr , 2018 15:21
UNEC-in müəllimlərinin maaşı artırılıb
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ UNEC Elmi Şurasının iclası zamanı 2018-2019-cu tədris ili üçün “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əməkhaqqı sistemi haqqında qaydalar”a dəyişikliklər təsdiqlənib.

Bu barədə "Report"a UNEC-dən məlumat verilib. 

Qaydalara edilən dəyişikliklərin əsas məqsədi UNEC-in tədqiqat universitetinə çevrilmə istiqamətindəki strateji hədəfinə nail olmaqdır. Differensial əməkhaqqı sistemi UNEC-də tam ştat, 0,75 ştat və 0,5 ştat əvəzçiliklə çalışan professor-müəllim heyətini əhatə edir.

Differensial əməkhaqqı sisteminə edilən yeni dəyişikliklərə əsasən, qiymətləndirmə sistemində elmi fəaliyyətlərin payı 40%-dən 70%-ə yüksəldilib, “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin nəşr edilməsinə, nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsinə, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzərə alınıb.

Son xəbərlər

Orphus sistemi