UFAZ-ın direktoru bu ayın sonunadək məlum olacaq

UFAZ-ın direktoru bu ayın sonunadək məlum olacaq Hazırda UFAZ-ın cari işlərini koordinator Şarlotta Payen həyata keçirir
Elm və təhsil
15 Sentyabr , 2016 16:41
UFAZ-ın direktoru bu ayın sonunadək məlum olacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə açılış mərasimi keçirilən Fransız-Azərbaycan Universitetinin (UFAZ) ümumi rəhbərliyini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı həyata keçirir.

ADNSU-nun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Bəhruz Nəzərov “Report”un sorğusuna cavab olaraq bildirib ki, UFAZ-ın yeni direktoru bu ayın sonuna kimi məlum olacaq.

Onun sözlərinə görə, bu yaxınlarda 5 nəfərdən ibarət idarə heyəti formalaşdırılacaq: “İdarə heyətinin tərkibinə ADNSU-dan, Strasburq Universitetindən, eləcə də Təhsil Nazirliyindən nümayəndələr daxil olacaq. Onların yekdil qərarı ilə yeni direktor nazirliyin təqdimatı ilə təyin olacaq”.

B.Nəzərov onu da qeyd edib ki, hazırda UFAZ-ın cari işlərini koordinator Şarlotta Payen həyata keçirir.

Qeyd edək ki, UFAZ bu tədris ilindən ADNSU-nun binasında Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə təhsil verəcək. Bu ixtisaslar kimya, geofizika, neft-qaz mühəndisliyi və kompüter elmləridir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək. UFAZ-nin məzunlarına ikili diplom (Strasburq Universiteti və ADNSU) veriləcək.

Son xəbərlər

Orphus sistemi