Yuxarı
    Bağlamaq

    Yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentdə dəyişiklik edilib

    Dəyişikliklə bağlı qərarı daxili işlər naziri Ramil Usubov imzalayıb

    Bakı. 16 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi “Uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib.

    “Report”un xəbərinə görə, dəyişikliklə bağlı qərarı daxili işlər naziri Ramil Usubov imzalayıb.

    Bu xidmət Daxili İşlər Nazirliyinin uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi qaydalarını əhatə edir.

    Yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş daxili işlər orqanının tabe olduğu yuxarı orqana və ya qanunvericiliklə nəzərdə tutulan qaydada məhkəməyə şikayət etmək hüququna malikdir.

    Reqlamentdə edilən dəyişikliklə müəyyən olunub ki, şikayətə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılmalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi