Yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentdə dəyişiklik edilib

Yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentdə dəyişiklik edilib Dəyişikliklə bağlı qərarı daxili işlər naziri Ramil Usubov imzalayıb
Elm və təhsil
16 Fevral , 2016 15:35
Yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentdə dəyişiklik edilib

Bakı. 16 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi “Uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib.

“Report”un xəbərinə görə, dəyişikliklə bağlı qərarı daxili işlər naziri Ramil Usubov imzalayıb.

Bu xidmət Daxili İşlər Nazirliyinin uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi qaydalarını əhatə edir.

Yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş daxili işlər orqanının tabe olduğu yuxarı orqana və ya qanunvericiliklə nəzərdə tutulan qaydada məhkəməyə şikayət etmək hüququna malikdir.

Reqlamentdə edilən dəyişikliklə müəyyən olunub ki, şikayətə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılmalıdır.

Son xəbərlər

Orphus sistemi