Yuxarı

TQDK valideynlərə müraciət edib

VIII-XI sinif şagirdlərinin valideynləri övladları haqqında məlumatları vaxtında “Şagird-məzun” sisteminə daxil etməlidirlər

Bakı. 11 dekabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) valideynlərə müraciət edib. TQDK-dan "Report"a verilən xəbərə görə, ümumtəhsil müəssisələrində təhsil alan VIII-XI sinif şagirdlərinin valideynləri övladları haqqında məlumatları vaxtında “Şagird-məzun” sisteminə daxil etməlidirlər. 

Bunun üçün onlar aşağıdakı bəndlərdən birinə uyğun olaraq şəxsiyyəti təsdiqləyən sənəd təqdim etməlidirlər: 

1. Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi və ya milli pasport;

2. Azərbaycan vətəndaşı olmayan şəxslər üçün Dövlət Miqrasiya Xidməti tərəfindən verilən miqrasiya vəsiqəsi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi