Yuxarı
    Bağlamaq

    TQDK: "Sosial şəbəkələrdə şəkli yayılan "Azərbaycan tarixi" kitabının komissiyaya heç bir aidiyyəti yoxdur"

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının heç bir hazırlıq kursu ilə hər hansı əlaqəsi yoxdur

    Bakı. 1 sentyabr. REPORT.AZ/ "Sosial şəbəkələrdə şəkli yayılan "Azərbaycan tarixi" məlumat kitabının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına heç bir aidiyyəti yoxdur". Bu barədə "Report" Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib.

    Komissiyadan bildirilib ki, son günlərdə "Didaktika" adlı bir nəşriyyat tərəfindən hazırlandığı qeyd olunmuş "Azərbaycan tarixi" məlumat kitabı barədə bəzi saytlarda və sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Qeyd olunan vəsaitin giriş hissəsində onun TQDK-nın qəbul proqramları əsasında hazırlandığı qeyd olunub: "Xatırladırıq ki, TQDK-nın qəbul proqramı əsasında hazırlandığı iddia olunan "Azərbaycan tarixi" məlumat kitabı və digər bu tipli vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur. Komissiyanın hər il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul proqramları hazırlanaraq dekabr ayında nəşr olunur. 2016-cı il üzrə qəbul proqramları hələ ki, hazırlanmayıb, buna görə də qeyd olunan vəsait qəbul proqramına uyğun ola bilməz.

    Abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda özlərinin nəşr etdikləri vəsaitləri abituriyentlər arasında daha etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq, daha çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni olaraq istifadə edir, bunun TQDK-nın proqramı əsasında və ya TQDK-nın ekspertləri tərəfindən hazırlandığını iddia edirlər. Qeyd edək ki, abituriyentlərin hazırlığına kömək məqsədilə TQDK-nın Ekspert Şurası tərəfindən hazırlanan tədris vəsaitləri yalnız "Abituriyent" jurnalına əlavə kimi dərc olunaraq ictimaiyyətə təqdim olunur. Bundan başqa, TQDK-nın heç bir hazırlıq kursu ilə hər hansı əlaqəsi yoxdur".  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi