Yuxarı

TQDK SAT imtahanı keçirib

SAT yararlılıq müddəti 5 il olan test imtahanlarıdır

Bakı. 5 dekabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti SAT imtahanı keçirib. Bu barədə "Report"a komissiyadan məlumat verilib.

Məlumata görə, imtahan bu gün saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayıb və 3 saat 45 dəqiqə ərzində davam edib (fasilələr nəzərə alınmayaraq).

İmtahanda iştirakçılara normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun aparılıb.

İmtahanın nəticələri dekabr ayının 23-də imtahanda iştirak edənlərin "College Board"un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.

Qeyd edək ki, SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi