TQDK imtahan rəhbərləri və zal nəzarətçilərini yoxlamağa başlayıb

TQDK imtahan rəhbərləri və zal nəzarətçilərini yoxlamağa başlayıb İmtahanda bazada olan 950 nəfərə yaxın imtahan rəhbəri, 14 440 nəfər zal nəzarətçisi iştirak edəcək
Elm və təhsil
6 May , 2015 12:02
TQDK imtahan rəhbərləri və zal nəzarətçilərini yoxlamağa başlayıb

Bakı. 6 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) imtahan prosesinin idarə olunmasına imtahan rəhbəri və zal nəzarətçisi kimi cəlb edilən şəxslərin seçilməsi, onların üzərinə düşən vəzifələrin yerinə yetirmə bacarığının yoxlanılması, peşəkarlığının artırılması, imtahan təlimatını dərindən mənimsəmələrinə stimullaşdırılması məqsədilə imtahan keçirir. TQDK-dan "Report"a verilən məlumata görə, qurumun rəsmi internet saytı vasitəsi ilə onlayn rejimdə təşkil olunan imtahanda iştirakçılara 35 test tapşırığı təqdim edilir. Sualların cavablandırılmasına vaxt məhdudiyyəti tətbiq olunmur.

Suallar imtahan prosesini əks etdirən təlimatlar əsasında hazırlanıb.

İmtahanda TQDK-nın müvafiq bazasına daxil edilən 950 nəfərə yaxın imtahan rəhbəri, 14 440 nəfər zal nəzarətçisi iştirak edəcək.

Qeyd edək ki, imtahan rəhbərləri TQDK tərəfindən ali və orta ixtisas təhsili müəssisələrində, müxtəlif dövlət orqanlarında və AMEA-da pedaqoji və məsul vəzifələri icra edən şəxslər arasından seçilirlər. Zal nəzarətçiləri isə orta ümumtəhsil müəssisələrindən dəvət olunurlar. Həmin şəxslərlə seminar-məşğələlər təşkil olunur, onlara imtahan zamanı istifadə olunan sənədlərlə işləmə qaydaları, zalda abituriyentlərin idarə edilməsi üsulları izah olunur, imtahan prosesinin keçirilməsinə həsr olunmuş video-rolik nümayiş etdirilir. Həmin şəxslər daha sonra təlimata uyğun təcrübə və səriştə əldə etmələri üçün əvvəlcə sınaq imtahanlarına cəlb olunur, sonra qəbul imtahanlarında iştirak edirlər.  

Son xəbərlər

Orphus sistemi