TQDK əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanı ilə bağlı Apellyasiya Komissiyası yaradıb

TQDK əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanı ilə bağlı Apellyasiya Komissiyası yaradıb Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10:00‑dan 17:00‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə müraciət edə bilərlər
Elm və təhsil
16 May , 2016 10:09
TQDK əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanı ilə bağlı Apellyasiya Komissiyası yaradıb

Bakı. 16 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mayın 15-də II və III ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10:00dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə müraciət edə bilərlər.

Xatırladaq ki, TQDK-nın saytında və sosial şəbəkədəki səhifəsində sual kitabçaları və imtahanda istifadə olunan test tapşırıqlarının izahı yerləşdiriləcək. 

Son xəbərlər

Orphus sistemi