Yuxarı
    Bağlamaq

    ​Tibb Universitetində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib

    Tədbirin sonunda ATU-nun bir qrup tələbə-gənclərinə YAP-a üzvlük vəsiqəsi təqdim olunub

    Bakı. 7 may. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. "Report" xəbər verir ki, ATU-nun rektoru Əhliman Əmiraslanov ulu öndər Heydər Əliyevin həyat yoluna nəzər salaraq, rəhbər dövlət vəzifələrində çalışdığı müddətdə gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

    Ə.Əmiraslanov Heydər Əliyevin çox çətin bir dövrdə Azərbaycan xalqının tələbi ilə Respublikanın siyasi rəhbərliyinə qayıtdığını vurğulayaraq qeyd edib ki, ümummilli liderin rəhbərliyi altında qısa müddət ərzində ölkədə ordu və dövlət quruculuğu, ölkədaxili sabitlik və təhlükəsizlik təmin edilib. Onun rəhbərliyi ilə Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etdirilib, yeni neft-qaz strategiyasının və uzunmüddətli iqtisadi inkişafın əsasının qoyulması kimi iri miqyaslı tədbirlər həyata keçirilib. Qeyd olunub ki, Azərbaycanın müasir inkişafı bu dahi şəxsin adı ilə bağlıdır.

    Rektor Ə.Əmiraslanov ümummilli liderin müəyyən etdiyi siyasi xəttin davamı olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu gün siyasi, iqtisadi, sosial, humanitar və sair sahələrdə əldə etdiyi nailiyyətlərin və inkişafın Azərbaycan modeli haqqında tədbir iştirakçılarına məlumat verib.

    Daha sonra səhiyyə nazirinin müavini Elsevər Ağayev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev irsi əbədi olaraq Azərbaycan xalqının yaddaşında xoş xatirələrlə qalacaq.

    Tədbirdə H.Əliyevin rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən söz açılıb, digər dövlət xadimlərinin və siyasətçilərin ümummilli liderlə bağlı fikirləri səsləndirilib.

    Tədbirin sonunda ATU-nun bir qrup tələbə-gənclərinə YAP-a üzvlük vəsiqəsi təqdim olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi