Yuxarı
    Bağlamaq

    Təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin olunması məsələsi müzakirə olunub

    Layihə Böyük Britaniyanın Queens Universiteti və Təhsil Nazirliyi ilə birgə həyata keçirilib© Report.az

    Bakı. 6 iyul. REPORT.AZ/ Kaspi Təhsil Şirkətinin təşkilatçılığı ilə “Azərbaycanın sosial-iqtisadi inkişafına dəstək məqsədilə təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin olunması” layihəsinin nəticələri ictimaiyyətə təqdim olunub.

    "Report" xəbər verir ki, tədbirdə Təhsil İnstitutu, Təhsil Nazirliyi, Kaspi Təhsil Şirkəti və British Council nümayəndələri, məktəb direktorları iştirak ediblər.

    Təhsil İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi Mətanət Qurbanova çıxışında bildirib ki, layihənin məqəsədi Böyük Britaniya və Azərbaycan arasında təhsil və tədqiqat əlaqələrini inkişaf etdirməkdir: "Bakı, Xızı və Sumqayıtda sorğu keçirilib".

    O deyib ki, təhsil sahəsində qadın əməkdaşların sayı kifayət qədərdir: "Təhsil sahəsində çalışanların 73 faizini qadın təmsil edir".

    Qeyd edək ki, layihə Böyük Britaniyanın Queens Universiteti və Təhsil Nazirliyi ilə birgə həyata keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi