Təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin olunması məsələsi müzakirə olunub

Təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin olunması məsələsi müzakirə olunub Layihə Böyük Britaniyanın Queens Universiteti və Təhsil Nazirliyi ilə birgə həyata keçirilib
Elm və təhsil
6 İyul , 2017 20:06
Təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin olunması məsələsi müzakirə olunub
Report.az

Bakı. 6 iyul. REPORT.AZ/ Kaspi Təhsil Şirkətinin təşkilatçılığı ilə “Azərbaycanın sosial-iqtisadi inkişafına dəstək məqsədilə təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin olunması” layihəsinin nəticələri ictimaiyyətə təqdim olunub.

"Report" xəbər verir ki, tədbirdə Təhsil İnstitutu, Təhsil Nazirliyi, Kaspi Təhsil Şirkəti və British Council nümayəndələri, məktəb direktorları iştirak ediblər.

Təhsil İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi Mətanət Qurbanova çıxışında bildirib ki, layihənin məqəsədi Böyük Britaniya və Azərbaycan arasında təhsil və tədqiqat əlaqələrini inkişaf etdirməkdir: "Bakı, Xızı və Sumqayıtda sorğu keçirilib".

O deyib ki, təhsil sahəsində qadın əməkdaşların sayı kifayət qədərdir: "Təhsil sahəsində çalışanların 73 faizini qadın təmsil edir".

Qeyd edək ki, layihə Böyük Britaniyanın Queens Universiteti və Təhsil Nazirliyi ilə birgə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi