Təhsil Nazirliyinin şöbə müdiri: "Ali təhsil proqramları kolleclərdə tətbiq ediləcək"

Təhsil Nazirliyinin şöbə müdiri: "Ali təhsil proqramları kolleclərdə tətbiq ediləcək" "Hazırda ixtisasların təsnifatı hazırlanır"
Elm və təhsil
21 Noyabr , 2017 11:25
Təhsil Nazirliyinin şöbə müdiri: Ali təhsil proqramları kolleclərdə tətbiq ediləcək
Report/ Elshan Baba

Bakı. 21 noyabr. REPORT.AZ/ "Gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində (kollec) tətbiqi nəzərdə tutulur".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev "Ali təhsildən gözləntilər" mövzusunda keçirilən seminarda deyib.

Nazirliyin şöbə müdiri bildirib ki, hazırda ixtisasların təsnifatı hazırlanır: "Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya edilməlidir".

Hər iki təsnifatın eyniliyinin vacibliyinə toxunan Y.Piriyev qeyd edib ki, məqsəd bakalavr ali təhsilinə rəvan keçidi təmin etməkdir: "Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın". 

Son xəbərlər

Orphus sistemi