Yuxarı

Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib

Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib 344

Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib. 

"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" səhifəsində məlumat paylaşıb.

O bildirib ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı yanvarın 23-də məktəbə gedərkən minik avtomobili vurub: "Onların hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini "Baku City Hospital"da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi