Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib

Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib.
Elm və təhsil
24 Yanvar , 2020 13:51
Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib

Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib. 

"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" səhifəsində məlumat paylaşıb.

O bildirib ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı yanvarın 23-də məktəbə gedərkən minik avtomobili vurub: "Onların hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini "Baku City Hospital"da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".

Son xəbərlər

Orphus sistemi