Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyinə müəllimlərin yerdəyişməsi ilə bağlı müraciətlər daxil olub

    Nazirlik vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistikanı açıqlayıb

    Bakı. 1 aprel. REPORT.AZ/ Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində cari ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. 

    Nazirlikdən "Report"a verilən məlumatda bildirilib ki, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 5 340 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 2,4 dəfə çox) və Kommutator xidmətinə 3 000-ə yaxın zəng daxil olub.

    Vətəndaşların Qəbulu Mərkəzində isə 2 884 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 337 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 897 sənəd (256 ərizə, 504 məktub, 137 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məsələlər əksini tapıb.

    Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (1 375 zəng) və bazar ertəsi (1 183 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (827 müraciət) və bazar ertəsi (612 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi