Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi yanında daimi şuralar məşvərətçi orqan kimi fəaliyyət göstərəcək

    Növbəti görüşün ali təhsil müəssisələrinin birində keçirilməsi qərara alınıb
    © Report

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Təhsil Nazirliyi yanında Tələbə və Gənclər üzrə Daimi Şuranın ilk iclası keçirilib. 

    Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Daimi Şuranın yaradılmasının məqsədi, əhəmiyyəti, beynəlxalq təcrübə və gözləntilər haqqında təqdimat olub. 

    Şura üzvləri tələbə və gənclərlə iş sahəsində yeni çağırış və yanaşmalar, mövcud imkanlar, eləcə də Daimi Şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin könüllülük, təşviqat kampaniyalarının aparılması, tələbələr üçün təcrübə proqramlarının dəstəklənməsi kimi mövzular müzakirə edilib.

    Tələbə və gənclərin istəklərinin daha yaxından öyrənilməsi üçün növbəti görüşün ali təhsil müəssisələrinin birində keçirilməsi qərara alınıb.

    Qeyd edək ki, təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatına təsir etdiyini və ölkəmizdə insan kapitalının formalaşdırılmasında mühüm rol oynadığını nəzərə alaraq, bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və nəticəyönümlülüyünü artırmaq məqsədilə Təhsil Nazirliyi yanında “Təhsilin məzmunu və dərsliklər”, “Təhsil və məşğulluq” üzrə Daimi Şuralar da fəaliyyət göstərir.

    Daimi Şuralar dövlət qurumlarının nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunduğu məşvərətçi orqan kimi fəaliyyət göstərəcək. Şuralar təhsil sahəsi üzrə həyata keçirilən proqram və layihələrin təhsil siyasəti, strategiyası ilə uyğunlaşdırılmasına dair, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi