Yuxarı

Təhsil Nazirliyi Quba məktəblərinə mediatur təşkil edib

Təhsil Nazirliyi Quba məktəblərinə mediatur təşkil edib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Quba rayonuna mediatur təşkil edilib.

"Report"un rayona ezam olunan əməkdaşının verdiyi xəbərə görə, mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak ediblər.

Mediaturun məqsədi yeni tədris ilində Quba rayonunda pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşmək və onların dərs prosesini izləməkdir.

Mediatur iştirakçıları əvvəlcə Quba rayonu Əspərasti kənd Nurəddin Rzayev adına tam orta məktəbində olublar. Qeyd olunub ki, bu il Əspərasti kənd məktəbinə yüksək bal toplayan 4 yeni müəllim işə qəbul olunub.

Bildirilib ki, məktəbin binası 2016-cı ildə tikilib istifadəyə verilib. 180 şagird yerlik məktəbdə 164 şagirdin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur.

Sonra ingilis dili müəllimi Aysel Fərəcova, riyaziyyat müəllimi Aygün Məhərrəmova, informatika müəllimi Samirə Məmmədli və tarix müəllimi Orxan Cəfərovun dərs prosesi izlənilib.

Mediatur Qəçrəş kənd İbrahim Şahmərdanov adına və bu il yeni istifadəyə verilən Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbləri ilə tanışlıqla davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi