Yuxarı

Təhsil Nazirliyi əmək haqqı artımı cədvəlini faiz göstəriciləri ilə açıqlayıb

Müəllimlərin 12,8%-nin əmək haqqındakı artım 40%-dən yuxarı olacaq

Bakı. 2 aprel. REPORT.AZ/ Təhsil Nazirliyi ictimaiyyətin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əmək haqqı artımı ilə bağlı müraciətlərini nəzərə alaraq, əmək haqqı artımı cədvəlini faiz göstəriciləri ilə təqdim edib. 

Nazirlikdən "Report"a bildirilib ki, hesablamalara əsasən, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əmək haqqı 30-40 faiz, 32,7 faizinin əmək haqqı 20-30 faiz, 7,1 faizinin əmək haqqı 15-20 faiz həcmində artıb.

Cədvələ əsasən, Bakı məktəblərinin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 0,1%-i 0-5%, 0,7%-i 5-10%, 3,2%-i 10-15%, 7,1%-i 15-20%, 32,7%-i 20-30%, 43,3%-i 30-40% həcmində artıq əmək haqqı alacaq. Müəllimlərin 12,8%-nin əmək haqqındakı artım 40%-dən yuxarı olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi