Yuxarı

Təhsil Nazirliyi daha bir dərsliyi ictimai müzakirəyə çıxarıb

Dərslik layihələri ilə bağlı təklif və iradların derslik@edu.gov.az elektron poçtuna göndərilməsi xahiş olunur

Bakı. 11 aprel. REPORT.AZ/ Ümumi təhsil məktəblərinin 9-cu sinifləri üçün yeni təhsil proqramları əsasında tərtib edilən və 2016-2017-ci tədris ilində ilk dəfə istifadəyə veriləcək dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir.

Bu barədə "Report"a Təhsil Nazirlyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, artıq tədris qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün tərtib edilən Azərbaycan dili (http://e-resurs.edu.az/noduploads/book/azerbaycan-dili-9-ru-derslik.pdf) dərsliyinin də layihəsi ictimai müzakirəyə çıxarılıb. Beləliklə, ictimai rəyin öyrənilməsi məqsədilə www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilən dərslik layihələrinin sayı 23-ə çatıb. Onlar Ümumi tarix, Azərbaycan tarixi, Azərbaycan dili (tədris dili kimi), Kimya, Ədəbiyyat, Coğrafiya, Biologiya, İnformatika, Təsviri incəsənət, Musiqi, Texnologiya, "Русский язык" (tədris dili kimi), "Русский язык" (xarici dil kimi), "Музыка", "Литература", "Технология", Həyat bilgisi, Riyaziyyat, Fizika, Fiziki tərbiyə, Alman dili, İngilis dili, Azərbaycan dili (tədris qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün) dərslik layihələrindən ibarətdir.

Dərslik layihələri ilə bağlı konkret faktlar göstərilməklə, təklif və iradların derslik@edu.gov.az elektron poçtuna göndərilməsi xahiş olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi