Yuxarı

Təhsil Nazirliyi ABU-da təhsillərini yarımçıq qoyan tələbələrin attestatlarının qaytarılmasına başlayır

İlk mərhələdə 5000 attestat qaytarılacaq

Bakı. 30 aprel. REPORT.AZ/ Təhsil Nazirliyi fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində təhsillərini yarımçıq qoyan tələbələrin attestatlarının qaytarılmasına başlayır.

"Report" xəbər verir ki, bu barədəTəhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

"İlk mərhələdə 5000 attestat qaytarılacaq. Gələn həftədən etibarən tələbələr nazirliyin "Qaynar xətti"nə müraciət edərək, yaxud nazirliyin qəbul şöbəsinə şəxsiyyət vəsiqələrini gətirərək həftənin ikinci və üçüncü günləri attestatlarını ala bilərlər. Proses davamlı olacaq, çünki attestat çoxdur ", - C.Valehov əlavə edib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi