Yuxarı

Təhsil Nazirliyi: "8 mart"da şagirdlərdən pul yığılmayacaq

Belə fakt olsa, vətəndaşlar nazirliyin 146 saylı Qaynar xəttinə anonim olmadan müraciət edə bilər

Bakı. 5 mart. REPORT.AZ/ "Ümumi təhsil müəssisələrində şagirdlərdən hər hansı bir vəsaitin tələb olunması qəti qadağandır". Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə məktəblərdə şağirdlərdən pul yığılması məsələsinə aydınlıq gətirərkən bildirilib.

"Əgər belə fakt olsa, vətəndaşlardan Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt" xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur", - nazirlikdən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi