Təhsil Nazirliyi: "8 mart"da şagirdlərdən pul yığılmayacaq

Təhsil Nazirliyi: "8 mart"da şagirdlərdən pul yığılmayacaq "Belə fakt olsa, vətəndaşlar nazirliyin 146 saylı "Qaynar xətt"inə anonim olmadan müraciət edə bilər"
Elm və təhsil
5 Mart , 2015 18:07
Təhsil Nazirliyi: 8 martda şagirdlərdən pul yığılmayacaq

Bakı. 5 mart. REPORT.AZ/ "Ümumi təhsil müəssisələrində şagirdlərdən hər hansı bir vəsaitin tələb olunması qəti qadağandır". Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə məktəblərdə şağirdlərdən pul yığılması məsələsinə aydınlıq gətirərkən bildirilib.

"Əgər belə fakt olsa, vətəndaşlardan Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt" xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi