Yuxarı

Aydın Mirzəzadə: “Təhsil kreditləri məsələsi həll edilməlidir"

“Valideynlər narazılıq edirlər

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Bir müddət əvvəl Azərbaycanda Maarifçi Tələbə Kredit Fondu yaradıldı. Amma təəssüflər olsun ki, bu quruma 11 universitet üzv oldu. Bu da müəyyən problemlər yaradır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu sahədə problemlər tam həllini tapmayıb: “Valideynlər narazılıq edirlər, universitetlərin bir hissəsi Maarifçi Tələbə Kredit Fonduna üzv olmayıb. Düşünürəm ki, tələbələrin bu problemi həll edilməlidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi