Bakı. 30 sentyabr.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu sahədə problemlər tam həllini tapmayıb: “Valideynlər narazılıq edirlər, universitetlərin bir hissəsi Maarifçi Tələbə Kredit Fonduna üzv olmayıb. Düşünürəm ki, tələbələrin bu problemi həll edilməlidir”.