Yuxarı

Azərbaycanda 2015-2016 tədris ilindən yeni dərsliklər proqrama daxil ediləcək

Bu günə qədər tariximizi, ədəbiyyatımızı, coğrafiyamızı fərqli şəkildə öyrəndik

Bakı. 22 dekabr. REPORT.AZ/ Türk ədəbiyyatı və Türk coğrafiyası ilə bağlı orta məktəb dərs kitabları hazırlanacaq. Bunu "Report"a açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bildirib. Onun sözlərinə görə bu günə qədər türk tarixi, ədəbiyyatı, coğrafiyası fərqli şəkildə öyrənilib: "Eyni tarixi keçmişə, coğrafi ərazilər, mədəniyyət və eyni maddi, mənəvi dəyərlərə sahib olduğumuz kifayət qədər vurğulanmayıb. Türkdilli ölkələrin 2016-2017-ci illər tədris proqramına daxil olunacaq Türk ədəbiyyatı və coğrafiya dərslikləri 2015-ci ilin 2-ci yarısında hazır olacaq".

R.Həsənov bildirib ki, dərsliklər Türk Akademiyası və üzv dövlətlərin mütəxəssisləri tərəfindən ortaq şəkildə hazırlanacaq.

Qeyd edək ki, bir qədər öncə Türkdilli ölkələrin ortaq tarixi dərslik kitabı hazır olub və həmin kitab 2015-2016-cı tədris ilində türkdilli dövlətlərin tədris proqramına salınacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi