Yuxarı

​Sosial şəbəkələrdə TQDK-nın adından yaradılmış saxta səhifələrin adları açıqlanıb

Həmin Komissiyanın fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılan araşdırmalar göstərib ki, facebook sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qruplar fəaliyyət göstərir. Bu barədə “Report”a TQDK-dan bildirilib.

Məlumata görə, həmin səhifə və qruplarda imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də Komissiyanın fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir.

“Nəzərinizə çatdırırıq ki, TQDK-nın facebook.com/eTQDK ünvanından başqa heç bir rəsmi facebook səhifəsi fəaliyyət göstərmir. Yalnız bizim səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta facebook səhifələrindən istifadə etməyəsiniz”.

TQDK saxta səhifələrin bir çoxunun adlarını da açıqlayıb. Siyahıya bu adlar daxildir:

1. TQDK sualları

2. TQDK tipli suallar

3. TQDK və magistratura

4. Araz, Zirvə, Hədəf və TQDK sualları

5.Test tapşırıqları-TQDK

6.Təhsil TQDK

7. TQDK və abituriyent

8. TQDK kitabları

9. TQDK tarix

10.Məntiq və TQDK

11. TQDK Azərbaycan

12. TQDK 2014 və 2015

13. TQDK-Bilik qiymətləndirilir

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi