​Sosial şəbəkələrdə TQDK-nın adından yaradılmış saxta səhifələrin adları açıqlanıb

​Sosial şəbəkələrdə TQDK-nın adından yaradılmış saxta səhifələrin adları açıqlanıb "Həmin Komissiyanın fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir"
Elm və təhsil
11 Noyabr , 2014 13:00
​Sosial şəbəkələrdə TQDK-nın adından yaradılmış saxta səhifələrin adları açıqlanıb
Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılan araşdırmalar göstərib ki, facebook sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qruplar fəaliyyət göstərir. Bu barədə “Report”a TQDK-dan bildirilib.

Məlumata görə, həmin səhifə və qruplarda imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də Komissiyanın fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir.

“Nəzərinizə çatdırırıq ki, TQDK-nın facebook.com/eTQDK ünvanından başqa heç bir rəsmi facebook səhifəsi fəaliyyət göstərmir. Yalnız bizim səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta facebook səhifələrindən istifadə etməyəsiniz”.

TQDK saxta səhifələrin bir çoxunun adlarını da açıqlayıb. Siyahıya bu adlar daxildir:

1. TQDK sualları

2. TQDK tipli suallar

3. TQDK və magistratura

4. Araz, Zirvə, Hədəf və TQDK sualları

5.Test tapşırıqları-TQDK

6.Təhsil TQDK

7. TQDK və abituriyent

8. TQDK kitabları

9. TQDK tarix

10.Məntiq və TQDK

11. TQDK Azərbaycan

12. TQDK 2014 və 2015

13. TQDK-Bilik qiymətləndirilir

Son xəbərlər

Orphus sistemi