Yuxarı

Sonuncu sınaq imtahanına yazılış aprelin 8-dən başlanacaq

Sonuncu imtahan mayın 3-də olacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən abituriyentlər üçün mayın 3-də keçirilməsi nəzərdə tutulan sonuncu sınaq imtahanına yazılış başlayır. TQDK-dan "Report"a verilən xəbərə görə, həmin imtahan iştirakçılarına yeni (4 saylı) test kitabçası təqdim olunacaq. Bu imtahana yazılış aprelin 8-dən etibarən aparılacaq.

Qeyd edək ki, ilk sınaq imtahanı aprelin 5-də keçirilib. İkinci sınaq imtahanı aprelin 12-də, üçüncüsü 19-da, sonuncusu isə mayın 3-də olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi