Sonuncu sınaq imtahanına yazılış aprelin 8-dən başlanacaq

Sonuncu sınaq imtahanına yazılış aprelin 8-dən başlanacaq Sonuncu imtahan mayın 3-də olacaq
Elm və təhsil
6 Aprel , 2015 11:23
Sonuncu sınaq imtahanına yazılış aprelin 8-dən başlanacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən abituriyentlər üçün mayın 3-də keçirilməsi nəzərdə tutulan sonuncu sınaq imtahanına yazılış başlayır. TQDK-dan "Report"a verilən xəbərə görə, həmin imtahan iştirakçılarına yeni (4 saylı) test kitabçası təqdim olunacaq. Bu imtahana yazılış aprelin 8-dən etibarən aparılacaq.

Qeyd edək ki, ilk sınaq imtahanı aprelin 5-də keçirilib. İkinci sınaq imtahanı aprelin 12-də, üçüncüsü 19-da, sonuncusu isə mayın 3-də olacaq.

Son xəbərlər

Orphus sistemi