Son üç ildə Naxçıvanda 21 məktəb tikilib

Son üç ildə Naxçıvanda 21 məktəb tikilib 30 məktəb isə təmir olunub
Elm və təhsil
17 May , 2017 15:51
Son üç ildə Naxçıvanda 21 məktəb tikilib

Bakı. 17 may. REPORT.AZ/ 2014-2017-ci illər ərzində Naxçıvan Muxtar Respublikasında 5974 şagird yerlik 21 ümumtəhsil məktəbi tikilib.

Muxtar respublikanın Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ötən müddət ərzində 13748 şagird yerlik 30 ümumtəhsil məktəbi yenidən qurulub və ya əsaslı təmir olunub.

Hazırda Naxçıvan şəhərinin Qaraxanbəyli, Babək rayonunun Payız, Ordubad rayonunun Üstüpü, Culfa rayonunun Dizə kəndlərində məktəb binalarının tikintisi davam etdirilir. Kəngərli rayonunun Qıvraq qəsəbəsində 224, Babək qəsəbəsində və Şahbuz şəhərinin hər birində 242 yerlik uşaq bağçası binaları tikilib, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində 72 yerlik uşaq bağçası binasının yenidən qurulması başa çatdırılıb. Naxçıvan şəhərində iki, Culfa rayonunun Bənəniyar və Sədərək rayonunun Sədərək kəndlərinin hər birində bir uşaq musiqi məktəbi binasının tikintisi başa çatdırılıb.

Son xəbərlər

Orphus sistemi