SOCAR-ın Karbamid zavodunda BANM-ın tələbələri üçün görüş keçirilib

SOCAR-ın Karbamid zavodunda BANM-ın tələbələri üçün görüş keçirilib Bakı. 10 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin SOCAR-ın Karbamid zavodunun rəhbərliyi ilə görüşü olub.
Elm və təhsil
10 May , 2018 12:35
SOCAR-ın Karbamid zavodunda BANM-ın tələbələri üçün görüş keçirilib
BANM
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin SOCAR-ın Karbamid zavodunun rəhbərliyi ilə görüşü olub. 

Ali Məktəbdən "Report"a verilən məlumata görə, BANM-ın “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 4-cü və 5-ci kurs tələbələri rektor Elmar Qasımov, Karbamid zavodunun direktoru Xəyal Cəfərov və digər rəsmiləri, həmçinin ali təhsil müəssisəsinin əməkdaşlarının da qatıldığı tədbirdə iştirak ediblər.

Xəyal Cəfərov Ali Məktəbin kollektivi üçün zavod haqqında böyük təqdimatla çıxış edib. O qeyd edib ki, Karbamid zavodunun tikilməsində əsas məqsəd ölkənin kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrinin məhsuldarlığını artırmaq, bunun üçün lazımlı gübrələrin istehsalını həyata keçirmək və eyni zamanda ölkənin bu gübrələri xaricdən alarkən valyuta axınının qarşısını almaqdır. Zavod üzrə tikinti işlərinin artıq 99%-nin görüldüyünü bildirən Xəyal Cəfərov zavodun bu ilin avqust ayında ilk məhsul olacaq ammonyakın istehsalını, bir qədər sonra isə karbamidin istehsalını həyata keçirəcəyini bildirib. O, həmçinin fəaliyyəti zamanı təhlükəsizlik və ətraf mühitin qorunması prinsiplərinin daim birinci planda olduğunu qeyd edib. Daha sonra Xəyal Cəfərov zavodun işə düşməsilə əlaqədar ixtisaslı mütəxəssislərə ehtiyac olacağını bildirib. O, bu məqsədlə BANM-ın tələbələrinin Karbamid zavodunda istehsalat təcrübə proqramları keçmələri, məzunların isə işə cəlb olunması məsələlərinə toxunub. Xəyal Cəfərov vurğulayıb ki, zavodun BANM-ın tələbələri kimi ingilis dilli, gənc və ixtisaslı kadrlara böyük ehtiyacı var.

Elmar Qasımov bildirib ki, dünya standartlarına cavab verən xüsusi tədris proqramları ilə hazırlanan BANM-ın ingilis dilli gənc mühəndisləri bu gün SOCAR-ın müxtəlif müəssisələrində və aparıcı transmilli şirkətlərdə uğurla vəzifələrini yerinə yetirir, bilik və təcrübələrilə digər namizədlərdən üstündürlər: “Mən əminəm ki, tələbələrimiz Karbamid zavodunda da istehsalat təcrübə proqramlarında iştirak edəcək və gələcəkdə zavodun fəaliyyətinə öz töhfələrini vermiş olacaqlar”.

Daha sonra tələbələr Karbamid zavodunun direktoru Xəyal Cəfərova zavodun strukturu, iş prinsipləri və gələcək planlarına aid onları maraqlandıran sualları ünvanlayıblar.

Sonda Ali Məktəbin əməkdaşları və tələbələri zavodun fəaliyyəti ilə daha yaxından tanış olublar. 

Son xəbərlər

Orphus sistemi