Yuxarı

Şöbə müdiri: "İl ərzində 100 nəfərin xaricdə doktorantura təhsili almağa göndərilməsi planlaşdırılır"

Şöbə müdiri: "İl ərzində 100 nəfərin xaricdə doktorantura təhsili almağa göndərilməsi planlaşdırılır"

"Doktoranturaya qəbul çətin prosesdir. Ona görə də xaricdə bu təhsili almaq üçün hər semestr ərzində, təxminən, 40-50 şəxs proqramdan yararlana bilər".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, il ərzində 100 şəxsin təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulub: "Gələcəkdə müraciət çoxalarsa, bu rəqəm artırıla bilər. Bir şəxs üçün nəzərdə tutulan ödəniş məbləği ölkə və universitetə görə fərqlənir. Çünki hər ölkənin yaşayış və təhsil xərcləri eyni deyil. Proqramın yekun büdcəsi isə Azərbaycan Dövlət Neft Fondunun 2020-ci ilin dövlət büdcəsinə əsasən təyin olunacaq".

N.Məmmədli onu da qeyd edib ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə təhsil alan şəxs ikinci dəfə eyni səviyyə üzrə təhsilini xaricdə bu proqram vasitəsilə təmin edə bilməz: "Misal olaraq, həmin şəxs Azərbaycanda ödənişsiz təhsil alıbsa, o, bu proqrama müraciət edə bilməz". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi