"Doktoranturaya qəbul çətin prosesdir. Ona görə də xaricdə bu təhsili almaq üçün hər semestr ərzində, təxminən, 40-50 şəxs proqramdan yararlana bilər".
"Report" xəbər verir ki, bunu
Onun sözlərinə görə, il ərzində 100 şəxsin təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulub: "Gələcəkdə müraciət çoxalarsa, bu rəqəm artırıla bilər. Bir şəxs üçün nəzərdə tutulan ödəniş məbləği ölkə və universitetə görə fərqlənir. Çünki hər ölkənin yaşayış və təhsil xərcləri eyni deyil. Proqramın yekun büdcəsi isə Azərbaycan Dövlət Neft Fondunun 2020-ci ilin dövlət büdcəsinə əsasən təyin olunacaq".
N.Məmmədli onu da qeyd edib ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə təhsil alan şəxs ikinci dəfə eyni səviyyə üzrə təhsilini xaricdə bu proqram vasitəsilə təmin edə bilməz: "Misal olaraq, həmin şəxs Azərbaycanda ödənişsiz təhsil alıbsa, o, bu proqrama müraciət edə bilməz".