Yuxarı

Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı universitetlərinin sırasında Azərbaycanın 7 ali məktəbi də yer alıb

Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı universitetlərinin sırasında Azərbaycanın 7 ali məktəbi də yer alıb
Dinlə

Bakı. 31 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkətinin versiyasına görə, Azərbaycanın 7 ali məktəbi Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı universitetlərinin reytinqinə daxil olub.

"Report" QS-in rəsmi saytına istinadən xəbər verir ki, reytinqdə Azərbaycandan Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti yer alıb.

Reytinqdə Azərbaycan universitetləri arasında ən yüksək mövqeni Bakı Dövlət Universiteti tutub - 2019-cu il üzrə 142-ci yer. Digər ali məktəblər ikinci yüzlükdə qərarlaşıb.

Qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı universitetlərinin reytinqinə Rusiyanın iki universiteti - Lomonosov adına Moskva Dövlət Universiteti və Novosibirsk Dövlət Universiteti başçılıq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi