​Səməd Seyidov xarici tələbələrlə görüşüb

​Səməd Seyidov xarici tələbələrlə görüşüb Tələbələr "Bakı 2015"in açılışına qatılacaqlar
Elm və təhsil
11 İyun , 2015 15:12
​Səməd Seyidov xarici tələbələrlə görüşüb

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Azərbaycan dilini öyrənmək üçün universitetin Yay məktəbində iştirak edəcək tələbələrlə görüşüb. Bu barədə "Report"a ADU-dan məlumat verilib.

ADU və Fransanın Paris-Sorbon Universiteti arasında "Mədəni mübadilə" proqramı çərçivəsində Paris-Sorbon Universitetinin tələbələri ADU-nun maliyyə dəstəyi ilə bu ilin iyunun 9-dan 16-na kimi universitetdə olacaqlar. Proqramın məqsədi universitetlərarası qarşılıqlı əlaqələr nəticəsində tələbə şəbəkəsinin genişləndirilməsi, ölkələrarası mədəni əlaqələrin gücləndirilməsi, Azərbaycanın zəngin tarixə malik mədəni irsinin dünyaya tanıdılması, bununla yanaşı ölkənin xarici siyasətinin əsas prioritet istiqaməti olan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında tələbələrin rolunu artırmaqdan ibarətdir. Yay məktəbində iştirak edən amerikalı tələbələr iyunun 11-dən avqustun 7-nə kimi universitetdə 8 həftə ərzində Azərbaycan dilini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənəcəklər.

20-dən çox xarici tələbənin iştirak etdiyi görüşdə ADU-nun rektoru S.Seyidov ilk Avropa Oyunlarında iştirak edən idmançılar arasında çoxlu sayda fransızların da olduğunu diqqətə çatdırıb.

Fransız və amerikalı tələbələr Azərbaycanın mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olacaqlarından sevinc hissi keçirdiklərini söyləyiblər və ilk Avropa Oyunlarında iştiraklarını səbrsizliklə gözlədiklərini vurğulayıblar.

Görüş qonaqlarla tanışlıq, sualların cavablandırılması ilə davam edib.

Səfər çərçivəsində universitetə gələn tələbələrin Bakı Fransız İnstitutu, funikulyor, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Sarayını ziyarət, ilk Avropa Oyunlarının açılış mərasimində və müxtəlif idman oyunlarında iştirak etməsi, şəhərin görməli yerləri, tarixi abidələr, muzeylər, Azərbaycan mətbəxinin ləziz təamları ilə tanışlıq, Xəzər dənizində gəmi ilə səyahət, həmçinin ölkənin digər regionlarına səfər etmələri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi