Yuxarı

Şamaxı Astrofizika Rəsədxanası: Bu gün səhər saatlarında Azərbaycan ərazisində Ay təzələnib

Azərbaycanda təzə Ay iyulun 17-dən 18-nə keçən gecə görünəcək

Bakı. 16 iyul. REPORT.AZ/ Bu gün yerli vaxtla səhər saat 06.25-də Azərbaycan ərazisində Ay təzələnib. Bu barədə "Report"a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov məlumat verib. 

O bildirib ki, Azərbaycan ərazisində təzə Ayın görünməsi iyulun 17-dən 18-nə keçən gecə olacaq: "Ayın görünməsinin dəqiq saatını demək çətindir. Çünki baxış məkanları fərqlidir. Ayın çıxmasını adi gözlə də görmək mümkün olacaq. Günün işığında görmək mümkün olsa Ayı müşahidə etmək mümkündür".

Qeyd edək ki, müqəddəs Ramazan ayı Qəməri təqvimi ilə ayın başlanğıcı və sonu hilalın (yeni Ayın) görünməsi ilə müəyyən edilir. Günbatandan öncə və ya sonra görünən Ay, ayın bitməsini və digər ayın başlamasından xəbər verir. Hilalın görünməsi, ertəsi günün bayram olmasına dəlalət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi