Yuxarı

Rusiya muzeylərində Azərbaycana aid bayraqlar aşkarlanıb - FOTO

Rusiya Mərkəzi Dövlət Müasir Tarixi Muzeyində XIX əsrin II yarısından bu günə qədər olan tarixi əhəmiyyətli eksponatlar qorunur

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya muzeylərində Azərbaycana aid bayraqlar aşkar olunub. Bu barədə "Report"a Milli Azərbaycan Tarixi Muzeyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, muzeyin elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Rusiya Mərkəzi Dövlət Müasir Tarixi Muzeyinin bayraqlar fondunda Azərbaycana aid bir neçə bayraq aşkar edib. Bu, Azərbaycanın dövlətçilik tarixi, dövlətçilik atributları ilə bağlı lazımlı faktdır.

Araşdırma nəticəsində muzeydə Azərbaycanın sovet dövrü tarixini əhatə edən eksponatlar sırasında bir neçə keçici bayraqlar da aşkar edilib.

Qeyd edək ki, Rusiyanın müasir tarixinin araşdırılması üzrə ən böyük mərkəzlərdən olan muzeydə XIX əsrin II yarısından bu günə qədər olan tarixi əhəmiyyətli eksponatlar qorunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi